Rəsmi məlumatda bildirilir ki, ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.
Yağıntılı hava dalğası avqustun 20-si gündüz saatlarından etibarən şimal və qərb rayonlarını əhatə edəcək. Sabit olmayan hava şəraiti 21-i gündüzədək fasilələrlə davam edəcək.
Bəzi ərazilərdə şimşək çaxacağı, dolu düşəcəyi və qısa müddətli şiddətli leysanlar olacağı gözlənilir. Güclü yağışların təsiri ilə çaylarda suyun səviyyəsi sürətlə yüksələ bilər.
Xüsusilə dağlıq zonalarda çaylarda qısamüddətli sel keçmə ehtimalı yüksək qiymətləndirilir. Nəticədə yaxın iki gün ərzində bəzi rayonlarda leysan və sel təhlükəsi mövcuddur.