Avqustun 20-21-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edilib.

Xidmətdən verilən məlumata görə, xəbərdarlıq Bakı və Abşeron yarımadası ilə yanaşı bir sıra rayonları da əhatə edir.

Siyahıda Naxçıvan Muxtar Respublikası, Cəbrayıl, Naftalan, Füzuli, Qazax, Gəncə, Ağstafa, Şəmkir, Samux, Tovuz, Daşkəsən, Gədəbəy, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Göy-göl, Beyləqan, Şirvan, Salyan, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusar göstərilib.

Məlumatda bildirilir ki, həmin ərazilərdə şimal-qərb istiqamətindən əsən küləyin sürəti 13.9-20.7 metr/saniyə arasında proqnozlaşdırılır.