Avqustun 20-si gündüzdən şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək fasilələrlə yağışın yağacağı proqnozlaşdırılır.

Bəzi məntəqələrdə yağıntı qısamüddətli leysan xarakteri daşıyacaq, habelə şimşək çaxacağı və dolu düşməsi mümkün hesab olunur.

Yağıntılar nəticəsində çaylarda sululuğun artması, bəzi dağ çaylarında isə qısamüddətli sel keçməsi istisna edilmir. Əhaliyə və nəqliyyat iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilir.