Avqustun 21-i üçün ölkə üzrə hava şəraiti və temperatur proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olmaqla, yağış qeydə alınmayacağı gözlənilir. Arabir şimal-qərb küləyi güclənəcək.
Paytaxtda gecə temperaturu 22–25° isti, gündüz isə 28–32° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60–65%, gündüz 45–55% səviyyəsində olacaq.
Regionlarda bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə leysan tipli yağış və şimşək çaxma ehtimalının olduğu bildirilib. Yağışlar gündüz saatlarında tədricən zəifləyəcək.
Gecə və səhər saatlarında bəzi dağlıq zonalarda duman müşahidə oluna bilər. Qərb küləyi müəyyən yerlərdə arabir güclənəcək.
Rayonlarda gecə temperaturu 20–25° isti, gündüz 31–36° isti, dağlıq ərazilərdə isə gecə 13–18° və gündüz 20–25° isti gözlənilir.