Avqustun 21-də 110/35/10 kV-luq "Koroğlu" yarımstansiyasında Naxçıvan Enerji MMC tərəfindən aparılacaq yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Azərişıq ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin məlumatına görə, fasilə sabah saat 03:30-dan 04:30-dək davam edəcək.

Elektrik kəsintisi Naxçıvan şəhərinin Abbas Zamanov, Gəray Əsədov, Behbud ağa Şahtaxtinski, Məmməd Səid Ordubadi, 1-ci və Sabir küçələrində, eləcə də 9, 10, 11, 7A, Qoçüstü və Yeni Naxçıvan məhəllələrində müşahidə olunacaq.

Bildirilib ki, şəbəkə və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri enerji təchizatı sisteminin etibarlılığını artırmaq məqsədilə mərhələli qaydada aparılır.

İşlərin tamamlanmasından sonra qeyd olunan ərazilərdə yaşayan abonentlərin daha dayanıqlı, keyfiyyətli və etibarlı elektrik enerjisi ilə təmin edilməsi planlaşdırılır.