Milli Hidrometeorologiya Xidməti Abşeron çimərlikləri üçün avqustun 21-i üzrə hava proqnozunu açıqlayıb.
Proqnoza görə həmin gün arabir güclənən şimal-qərb istiqamətli külək əsəcək.
Dəniz suyunun temperaturu belə proqnozlaşdırılır: Şimal çimərlikləri (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba): 24–25 dərəcə. Cənub çimərlikləri (Türkan, Hövsan, Sahil, Şıx): 25–26 dərəcə.