Avqustun 24-də Ukraynaya gələcək yardımların müzakirə olunacağı “könüllülər koalisiyası”nın iclası təşkil ediləcək və tədbirdə quruma üzv ölkələrin rəhbərlərinin iştirakı nəzərdə tutulur.
NATO-nun mətbuat xidməti tədbirin həmin tarixdə keçiriləcəyini açıqlayıb. Görüş məhz Ukraynanın Müstəqillik Gününə təsadüf edəcək.
Toplantının formatı və müzakirə olunacaq gündəlik barədə konkret təfərrüatlar hələ açıqlanmayıb. Lakin məlum olub ki, NATO-nu bu iclasda baş katibin müavini Radmila Şekerinska təmsil edəcək və o, tədbirə onlayn, video-əlaqə vasitəsilə qoşulacaq.
İclasın həmsədrlərindən biri kimi Böyük Britaniyanın Baş naziri Endi Börnhem, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts adları qeyd olunub.