Avqustun 24-ü üçün hava proqnozu açıqlanıb.

Bakı və Abşeron yarımadasında havanın yağışsız keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda gecə temperaturu 22-25° arasında, gündüz isə 33-38° civarında proqnozlaşdırılır. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 40-50% olacaq.

Ölkənin rayonlarında əsasən yağış gözlənilmir, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış və şimşək çaxması ehtimalı var. Gecə və səhər isə yüksək dağlıq zonalarda ara-sıra duman müşahidə edilə bilər. Şərq küləyi əsəcək.

Regionlarda gecə temperaturu 20-25° isti, gündüz 35-38°, bəzi məntəqələrdə 40°-dək isti olacaq. Dağlıq ərazilərdə gecə 14-19°, gündüz 23-28° isti proqnozlaşdırılır.