İlin ikinci Ay tutulması 28 avqust tarixində baş verəcək.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası yayılan məlumatda bu tutulmanın Yer kürəsinin yalnız bir hissəsindən keçdiyi və qismən müşahidə oluna biləcəyi bildirilib.
Qeyd olunur ki, Ayın bir hissəsi kölgəyə düşəcək, digər hissəsi isə işıqlı qalacaq. Yarımkölgəli tutulma 05:23:55-də başlayacaq, qismən tutulmanın başlanğıcı 06:33:48 olaraq müəyyən edilib. Tutulmanın maksimumu 08:12:53-də olacaq.
Qismən tutulma 09:51:55-də başa çatacaq, yarımkölgəli mərhələ isə saat 11:01:41-də yekunlaşacaq.
Tutulma Avropa, Afrika, Asiya və Amerika qitələrinin əksər regionlarından görünəcək. Azərbaycan ərazisində isə yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsi səhər saat 05:23-dən 05:55-ə qədər — Ayın batdığı vaxta qədər müşahidə oluna biləcək.