Avropa İttifaqı Rusiya qazını Avropa bazarına yenidən daxil etmək kimi cəhdlərə qarşı qəti addımlar atacaq. Brüssel, Moskva və Vaşinqtonun birlikdə bu layihəni canlandırmağa yönələn hər hansı səylərinə imkan verməyəcəyini vurğuladı. KONKRET.az xəbər verir ki, Aİ-nin rəsmi nümayəndəsi Paula Pinyu qeyd edib ki, Aİ daxilində Rusiya qazının idxalı tamamilə qadağan edən sərt hüquqi mexanizmlər mövcuddur. Onun sözlərinə görə, Avropada yanacağın qiymətləri artsa da, Avropa hakimiyyəti bu qaydaları dəyişməyəcək və enerji təhlükəsizliyini prioritet olaraq saxlayacaq.