Nyu-York ştatında 18 yaşadək uşaqların süni intellekt çatbotlarının zərərli təsirlərindən qorunması məqsədilə ən sərt qanunlardan biri təsdiqlənib. Qanun bu yaş qrupu üçün çatbotların fəaliyyətini ciddi şəkildə tənzimləyir.
Qanunu dövlət qubernatoru Keti Hokul imzalayıb. Yeni qaydalara görə, şirkətlər 18 yaşdan kiçik istifadəçilərə çatbotların real insan olduqlarını və ya insani duyğulara sahib olduqlarını təsdiqləməyi, uşaqlarla dostluq və ya romantik münasibət imitasiyasını, emosional manipulyasiyanı, şəxsi və sağlamlıq məlumatlarından istifadəni, uşağın sirr saxlamasına, cəmiyyətin təcrid olunmasına və valideyn yardımından çəkindirməyə yönəlik məzmunları təqdim edə bilməzlər. Həmçinin, uşağı intihar, özünə xəsarət, qida pozğunluğu, narkotik və alkoqol istifadəsinə yönəldən və ya cinsi xarakterli məzmunları paylaşmaq qadağandır.
Məlumata görə, şirkətlər istifadəçinin 18 yaşı tamam olduğunu təsdiqləməyənədək bu xidmətləri bloklamaq və ya yaş yoxlanışı üçün ən azı şəxsi vəsiqəyə bağlı olmayan alternativ bir yol təklif etməlidir. Yaş yoxlanışı başa çatdıqdan sonra toplanan yaş məlumatları silinəcək. Qanunu pozan şirkətlərə qarşı hər bir pozuntu üçün 25 min dollara qədər cərimə tətbiq edilə bilər, Nyu-York Baş Prokurorluğu tərəfindən icra olunur.