20 avqust 2026-cı il tarixində hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən "Bəniz" ləqəbli influenser Aybəniz Xəlilovanın apellyasiya şikayəti daxil olub.
Müdafiə tərəfdən vəkil Salman Qasımlı məhkəmənin birinci instansiya qərarı ilə razılaşmadıqlarını və müvəkkilin günahsız olduğunu bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı isə məhkəmədən influenserə 11 il həbs cəzası tətbiq olunmasını tələb etmişdi.
Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittihamlar irəli sürülüb.
Şikayətçi ərizəsində qeyd edib ki, influenser ondan hissə-hissə olmaqla ümumilikdə 836 min manat pul tələb edib. Məlumatlarda həmçinin tərəflərin uzun müddət sevgili münasibətində olduqları göstərilir.
Məhkəmə istintaqı zamanı isə zərərçəkmiş qadın influenserdən şikayətçi olmadığını ifadə edib. Apellyasiya şikayətinə məhkəmə baxışı davam edir.