Aktyor Azər Aydəmirov “AStar”a verdiyi müsahibədə “Sonuncu şam yeməyi” filmində canlandırdığı obrazla bağlı yaranan tənqid və narazılıqlardan danışıb.

Aydəmirov bildirib ki, filmin təqdim etdiyi yanaşma bəzi dindar kütlə tərəfindən xoş qarşılanmayıb və bunun nəticəsində müəyyən təzyiqlər yaşanıb. O, bu vəziyyətin komediya və zarafatların anlanmamasından irəli gəldiyini vurğulayıb.

“Aydəmirov müsahibəsində qeyd edib: “Filmlə bağlı müəyyən təzyiqlər vardı. Zarafatlarımızı, komediyamızı anlamaq istəməyən bir təbəqə mövcud idi. Bu səbəbdən müəyyən problemlər yaşandı. Allah Hacı Şahinə qəni-qəni rəhmət eləsin. Onun bu mövzu ilə bağlı verdiyi cavab çox məntiqli idi. Hacı Şahinin çıxışından sonra müzakirələr də səngidi.”

Aktyor həmçinin mərhum din xadiminin açıqlamasının müzakirələri sakitləşdirdiyini ifadə edib və həmin müdaxilənin situasiyanın normallaşmasında rol oynadığını qeyd edib.