Qarabağ Universitetinin tabeliyində fəaliyyət göstərən Qarabağ Universitetinin Klinikası Türkiyə vətəndaşı Tanyer Deniz Dursun qızı ilə satınalma müqaviləsi bağlayıb.
Müqavilə tender müsabiqəsi təşkil edilməyərək, bir mənbədən satınalma üsulu ilə həyata keçirilib. Müqavilənin predmetinə tibb bacılığı xidmətinin təşkili üzrə təlim xidmətlərinin göstərilməsi daxildir.
Razılaşmaya əsasən, Tanyer Denizə göstəriləcək təlim xidmətlərinə görə 11 078 manat 89 qəpik ödəniləcək. Müqavilənin icrası 1 sentyabr 2026-cı il tarixindən başlayaraq 27 noyabr 2026-cı il tarixində yekunlaşdırılacaq.
Qeyd edilir ki, Tanyer Deniz Türkiyənin Səlcuq Universitetində professor vəzifəsində çalışır.