19 avqust – Beynəlxalq Humanitar Yardım Günü ilə əlaqədar açıqlamada Azərbaycan beynəlxalq həmrəylik və humanizm prinsiplərini rəhbər tutaraq ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməyə davam etdiyini bəyan edib.

Bildirilib ki, ölkə yardım vasitəsilə çətinliklərin aradan qaldırılmasına töhfə vermək məqsədi daşıyır və beynəlxalq yardım səylərinin davamlılığını təmin etməkdədir.

Açıqlamada vurğulanır ki, humanitar əməkdaşlıq və yardım prioritet olaraq saxlanılır, ehtiyacı olanlara dəstək göstərilməsinə davam ediləcək.