Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar yardımı davam etdirir.

Xarici İşlər Nazirliyinin 19 avqust – Beynəlxalq Humanitar Yardım Günü ilə əlaqədar X platformasında edilən paylaşımda bu məsələ vurğulanıb.

Paylaşımda qeyd olunub ki, Azərbaycan beynəlxalq həmrəylik və humanizm prinsiplərinə əsaslanaraq çətin vəziyyətdə olan insanlara və ölkələrə kömək göstərməyə, problemlərin aradan qaldırılmasına töhfə verməyə davam edir.

Bildirilib ki, bu fəaliyyət humanitar yardımların koordinasiyalı şəkildə təmin edilməsi və humanitar ehtiyacların qarşılanması yönündə ölkənin davamlı səylərinin tərkib hissəsidir.