Bakı Ağır Cinayətlər Məhkəməsində Qalib Bayramovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib və təqsirləndirilən şəxsin hökmü barədə vəsatət qaldırılıb.
Prokuror məhkəmədən Qalib Bayramovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə, 5 il sınaq müddəti nəzərə alınmaqla ümumilikdə 9 il müddətinə şərti azadlıqdan məhrum edilməsini xahiş edib.
Növbəti məhkəmə iclası sentyabrın 9-na təyin edilib.
Qalib Bayramov beynəlxalq və yazifə ilə bağlı deyilənlərə görə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Qeyd olunur ki, Qalib Bayramov İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri və Qubad İbadoğlunun qardaşıdır.