Müdafiə naziri Zakir Həsənovun təsdiqlədiyi 2026-cı ilin hazırlıq planına əsasən, avqustun 16-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Tədbirlər hərbi orkestrin müşayiəti ilə başlayıb, döyüş bayraqları sıralara təntənəli şəkildə gətirildikdən sonra rəsmi hissəyə start verilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Gənc əsgərlər təntənəli formada hərbi andı qəbul edərək vətənə sədaqətlərini bildirib.
Müdafiə Nazirliyinin təmsilçiləri və hərbi hissələrin komandirləri çıxışlarında əsgərləri təbrik edib, onlara dövlətə, Ali Baş Komandana və hərbi andlarına sadiq qalmağı, nümunəvi xidmət etməyi tövsiyə ediblər. Həmçinin silah və texnikanın sirrlərini dərindən öyrənərək döyüş hazırlığını daim yüksəltmələri və komandir-rəis heyətinin əmrlərini vaxtında yerinə yetirmələri vurğulanıb.
Çıxış edənlər gənc hərbi qulluqçuların and içməsindən qürur duyduqlarını, yaradılmış xidmət şəraitinə görə ölkə rəhbərliyinə və Müdafiə Nazirliyinə minnətdarlıqlarını ifadə ediblər.
Rəsmi mərasim təntənəli marşlar altında hərbi qulluqçuların tribunaların önündən keçidləri ilə başa çatıb.
Tədbirin sonunda hərbi hissələrdə vətənpərvərlik ruhunda müxtəlif mədəni-kütləvi proqramlar təşkil olunub.