Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qeydə alıb. Famil Xəlilovun baş məşqçisi olduğu komanda mundialın 8-ci oyununa çıxıb və C səviyyəsində 81-88-ci yerlər uğrunda mübarizə aparan Mozambik üzərində 4:1 hesabı ilə zəfər əldə edib.
Qollara millimizin heyətindən Həsən Məhəmmədov, Qafar Babayev və Yusif Əlizadə fərqləniblər. Bundan başqa, Mozambik millisinin oyunçusunun öz qapısına vurduğu top da nəticədə qeyd edilib.
Qələbədən sonra Azərbaycan millisi növbəti rəqibini açıqlayıb. 81-84-cü yerlər uğrunda yarımfinal qarşılaşmasında yığma Vyetnamla üz-üzə gələcək. Beləliklə, yığmamız dünya çempionatını ən azı 84-cü yerdə başa vuracaq.