Gömrük orqanları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş dərman vasitələri müəyyən edilib.
Hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanının birinci terminalının ərazisində qeydə alınıb. Xarici hava limanlarında sərnişinlərə paylanmış bağlamaları qəbul edən şəxs gömrük əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxsin üzərindəki paketlər və istifadə etdiyi minik avtomobili yoxlanılıb. Aparılan yoxlama nəticəsində ümumilikdə 10 müxtəlif adda 93 qutu dərman preparatı aşkar edilib.
Məsələ ilə bağlı araşdırma davam etdirilir və faktla əlaqədar müvafiq prosedurlar yerinə yetirilir.