Bakı-İsmayıllı avtomobil yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə zamanı iki minik avtomobili toqquşub. Qəzanın nəticəsində nəqliyyat vasitələrindən birinin ön hissəsində ciddi zərər yaranıb.
Hadisə yerinə evakuator çağırılıb və zədələnmiş avtomobil oradan götürülüb.
Qəzanın səbəbləri hələlik müəyyən edilməyib. Xəsarət alan şəxslərin olub-olmadığı barədə məlumat verilməyib.