Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yaxın vaxtlarda yeni bir keçidin sərnişinlər üçün açılacağını bildirib.
O qeyd edib ki, Cəfər Cabbarlı stansiyasından 28 May stansiyasına aparan keçid tunelində tikinti işləri son mərhələdədir. Hazırda tuneldə son tamamlanma işləri həyata keçirilir.
Məmmədovun sözlərinə görə, planlaşdırılan vaxta uyğun olaraq həmin keçid yeni dərs ilinin başlanmasına qədər sərnişin istifadəsinə veriləcək.