Yeni tədris ilinin başlanmasına təxminən bir ay qalmış valideynlərin məktəbli forması alış-verişinə nə vaxt başlayacağı maraq doğurur.

Bakı Tikiş Evinin satış məntəqələrində hazırda sakitlik hökm sürür və alıcıların azlığı nəzərə çarpır.

Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov qeyd edib ki, valideynlər ən çox sentyabrın ilk həftələrində satış yerlərinə üz tutur.

Əzimov əlavə edib ki, gələnlərin sayı hələ çox azdır, lakin qiymətlərin valideynlər tərəfindən qənaətbəxş qarşılandığı müşahidə edilir.