Avqustun 17-də saat təxminən 14:00-da Bakı-Quba magistral yolunun Quba rayonuna aid Pirvahid kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə zamanı “Mercedes” markalı minik avtomobili ilə “Iveco” markalı yük maşını toqquşub. Nəticədə beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb və onlara lazımi yardım göstərilir.

Hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq qurumlar tərəfindən araşdırma aparılır.