Cari ilin birinci yarısında Azərbaycanda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 40 798 doğulan körpəni rəsmi qeyd edib.
Əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 9,0-dan 8,0-a enib.
Doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Bu dövrdə 1 420 əkiz və 57 üçəm qeydiyyata alınıb.
Eyni zaman kəsiyində ölkədə 30 625 ölüm faktı qeydə düşüb və ölənlərin sayına görə hesablanan göstərici 1000 nəfərə 5,8-dən 6,0-a yüksəlib.