Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov barəsində həbs qətimkan tədbiri tətbiq edilib.
Məsələ Binəqədi Rayon Məhkəməsində müzakirə olunub və məhkəmə istintaq orqanının təqdimatını təmin edərək müvafiq qərar qəbul edib.
Eldəniz Əhmədova qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi (rüşvət alma — qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü maddəsi (rüşvət alma — külli miqdarda törədildikdə) ilə ittiham irəli sürülüb.
Məhkəmə qərarına əsasən, qeyd edilən ittihamlarla əlaqədar olaraq Əhmədovun azadlığı məhdudlaşdırılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.