Sabunçu rayonundakı tibb müəssisəsinə dünən saat 22:30 radələrində 2003-cü il təvəllüdlü qadın ölü vəziyyətdə gətirilib.

Qadının meyiti mərhumun anlaşılması və səbəbinin müəyyən edilməsi məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Məlumatlara görə, Tovuz rayon sakini Lalə Quliyevanın hamiləliyinin beşinci ayında bətnində dölün qüsurlu olduğu müəyyən edilib və o, hamiləliyi sonlandırmağa qərar verib.

Abortdan sonra qadında güclü qanaxma başlayıb və nəticədə o, həyatını itirib. Qeyd olunur ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.

Hadisə ilə bağlı müvafiq orqanlar araşdırma aparır.