Bakıda 28 yaşlı kişi kirayədə olduğu evin hamamında ölü tapılıb.
Hadisə avqustun 17-si saat 1 radələrində Səbail rayonu ərazisindəki fərdi yaşayış evlərindən birində baş verib.
Salyan rayon sakini, 1998-ci il təvəllüdlü Tarverdi Hüseyn oğlu Haxverdiyevin nəznində zorakılıq əlamətləri görünməyən meyiti onun kirayədə yaşadığı Ö.F.Nemanzadə küçəsindəki evin hamam otağında aşkar edilib.
Faktla bağlı araşdırmalar Səbail rayon prokurorluğu tərəfindən davam etdirilir.