Müəllimlərin işə qəbulu üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən açıqlamada bildirilib ki, avqustun 12–15-də keçirilmiş vakansiya seçimi mərhələsində uğur qazanan şəxslər müsahibə mərhələsində iştirak hüququ qazanıblar.

Xəbərdə qeyd olunub ki, vakansiya seçimi zamanı uğur əldə etməyən və ya mərhələdə iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçimi mərhələsində iştirak etmək imkanına malikdirlər.

Müsahibə mərhələsi ilə bağlı əlavə məlumatın əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəyi vurğulanıb.