Paytaxtda yerləşən çimərliklərdən birində avqustun 22-də dənizdə boğulma hadisəsi baş verib və iki nəfər ölüb.

Mərhumların yaxınları məlumatı sosial şəbəkələrdə paylaşaraq hadisəni təsdiqləyiblər.

Həlak olanların Şəkinin Baş Layısqı kənd sakinləri olduğu bildirilib: 26 yaşlı İntiqam Məmmədov və 20 yaşlı Nihat Səlimov dənizdə boğularaq dünyasını dəyişib.

Hər iki gəncin meyiti sudan çıxarıldıqdan sonra onların doğulduqları kənddə dəfn edildiyi qeyd olunub.