Bakıda yerləşən daş karxanasında bədbəxt hadisə qeydə alınıb.

Hadisə zamanı Cəlilabad rayonunun Səttarxan küçəsində yaşayan, 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev dünyasını dəyişib.

Məlumatda qeyd olunur ki, R.Zərbəliyev karxanada ehtiyatsızlıq nəticəsində ölüb.

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.