Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb istiqamətində əsən külək arabir güclənir, lakin sabahın axşam saatlarından etibarən mərhələli şəkildə zəifləyəcək.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, avqustun 22-si gündüz saatlarında şimal-qərb küləyi yerini cənub-şərq istiqamətli küləyə verəcək.

O əlavə edib ki, avqustun 21-i və 22-si Bakıda və Abşeron yarımadasında yağış gözlənilmir. Havanın maksimal temperaturu bu günlərdə 30-35 dərəcə isti olacaq.

Bölgələrdə isə avqustun 21-də aramsız olmayan yağıntılar müşahidə olunacaq; bəzi ərazilərdə yağışlar qısamüddətli və leysan şəklində, həmçinin şimşək çaxma ehtimalı da var. Ayın 21-i gündüz saatlarından etibarən yağıntılar tədricən kəsiləcək və 22-də əsasən yağışsız hava şəraiti hökm sürəcək.

Regionlarda mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 33-38, dağlıq zonalarda isə 20-25 dərəcə isti proqnozlaşdırılır.