Nəsimi rayonunda yerləşən köhnə tikilidə yanğın baş verib.
Hadisə Nəsimi metrosunun yaxınlığındakı, əvvəllər fabrik kimi fəaliyyət göstərən binada qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri göndərilib və hazırda söndürmə işləri davam edir. Yanğının başvermə səbəbi hələ müəyyənləşdirilməyib.
Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Binəqədi rayonu ərazisində istifadəsi dayandırılmış tikilidə yanğın olması barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal həmin əraziyə Nazirliyin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri göndərilib. Hər iki ünvanda yanğınların söndürülməsi üzrə əməliyyatlar davam etdirilir.