Avqustun 18-dən etibarən paytaxtın iki küçəsində nəqliyyatın hərəkəti müəyyən hissələrdə məhdudlaşdırılacaq.
Yasamal rayonunda Zahid Xəlilov küçəsinin Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinə qədər olan istiqamətdə hərəkət saat 08:00-dan etibarən dayandırılacaq.
Eyni gündən Nərimanov rayonunda Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərova küçəsindən Mixail Kaveroçkin küçəsinə qədər olan hissəsində isə nəqliyyat saat 20:00-dan məhdudlaşdırılacaq.
Qeyd olunur ki, tətbiq edilən məhdudiyyətlər təmir işləri başa çatana qədər qüvvədə olacaq.