Aparılacaq təmir işlərinə görə Bakı şəhərinin iki küçəsində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulacaq.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Avqustun 18-dən başlayaraq Yasamal rayonunda Zahid Xəlilov küçəsi Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinə qədər saat 08:00-dan etibarən bağlanacaq.

Eyni gündən Nərimanov rayonunda Ceyhun Hacıbəyli küçəsi Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinə qədər saat 20:00-dan nəqliyyat üçün keçilməz olacaq.

Məhdudiyyətlər təmir işləri başa çatana qədər qüvvədə saxlanılacaq.