Bakı şəhərində aparılacaq təmir işləri ucbatından iki küçədə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, avqustun 18-dən başlayaraq Yasamal rayonunda Zahid Xəlilov küçəsi, Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinə qədər saat 08:00-dan, Nərimanov rayonunda isə Ceyhun Hacıbəyli küçəsi, Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinə qədər saat 20:00-dan müvəqqəti bağlı olacaq.
Qeyd olunur ki, tətbiq olunan məhdudiyyət təmir işləri tamamlanana qədər davam edəcək.