Şəmkirdə baş vermiş yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissədə qeydə alınıb. Hərəkət zamanı “VAZ 2106” və “KİA” markalı minik avtomobilləri toqquşub.

İlkin məlumatlara görə, qəza zamanı 3 nəfər həlak olub və xəsarət alanlar olub. Daha sonra ölənlərin sayı artaraq 4-ə çatdığı bildirilib (18:28). Sonuncu məlumatlara əsasən, hadisə nəticəsində ümumilikdə ikisi uşaq olmaqla 5 nəfər dünyasını dəyişib.

Hadisə ilə bağlı əlavə məlumat, o cümlədən xəsarət alanların vəziyyəti və qəzanın səbəbləri barədə rəsmən açıqlama verilməyib.