Paytaxtın Xətai rayonunda yerləşən hündürmərtəbəli yaşayış binasında mənzil sahibinin yaşadığı mənzildə yanğın baş verib.

Hadisəni qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilib.

Saxlanılan şəxsin xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin olunub və hadisə ilə bağlı müvafiq yoxlamalar davam etdirilir.