Paytaxtın Sabunçu rayonunda 40 yaşlı kişinin qayınanasına qarşı zorakılıq tətbiq etdiyi bildirilib.
Salyan rayonunun sakini, 1986-cı il təvəllüdlü İmran Məmmədov ailə həyatı quraraq Sabunçu qəsəbəsində qayınanasının evində yaşayıb. Bir müddət sonra aralarında münaqişə yaranıb və tərəflər arasında dava düşüb.
Hadisədən bir neçə gün əvvəl işdən qayıdan İ.Məmmədovun qayınanası ilə yenidən mübahisə etdiyi və evdən getməsi tələb olunduğu qeyd edilir. Bildirilir ki, o, həyətdən plastik boru götürərək evə daxil olub və əlindəki əşya ilə qayınanasının bədəninin müxtəlif hissələrinə zərbələr endirib.
Hadisə yerinə çağırılan polis əməkdaşları İ.Məmmədovu saxlayıblar. Faktla əlaqədar cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Sabunçu Rayon Məhkəməsində keçirilən proses zamanı tərəflər arasında barışıq əldə olunduğuna görə cinayət işi xitamlandırılıb.