Bakıda tanışını bıçaqlayaraq öldürməkdə ittiham olunan Rauf Sadıqovun məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən yekun iclasda hökm elan edilib və təqsirləndirilən 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il dekabrın 26-da Xətai rayonunun NZS qəsəbəsində qeydə alınıb. Şəxsi münasibətlər zəminində 1994-cü il təvəllüdlü Rauf Sadıqov 1980-ci il təvəllüdlü Ramin Qarayevi bıçaqla yaralayaraq qətlə yetirib.

Rauf Sadıqov barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi — qəsdən adam öldürmə ilə ittiham irəli sürülüb və məhkəmə ona münasibətdə bu maddə üzrə sanksiyanı tətbiq edib.