İndoneziyanın cənub-şərqində baş verən 7.7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb, 137 nəfər isə yaralanıb.
Milli Agentliyin fövqəladə hallar üzrə məlumat, informasiya və rabitə mərkəzinin rəis əvəzi Berton Pancaita bildirib ki, təbii fəlakət 2 400 yaşayış binasına ziyan vurub və onlardan təxminən 1 500-ü ciddi şəkildə zədələnib.
Rəsminin açıqlamasına görə, yardım məqsədilə təxliyə məntəqələrində 5 488 nəfər yerləşdirilib, əlavə olaraq 171 nəfər öz təşəbbüsü ilə təhlükəsiz ərazilərə köçüb.
Avqustun 15-də Şərqi Nusa-Tenqara əyalətində qeydə alınmış yeraltı təkanlar nəticəsində 87 təhsil müəssisəsi, 50 dini obyekt və 76 dövlət idarəsi daxil olmaqla bir sıra ictimai binalar zərər görüb.
İndoneziyanın Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyinin rəhbəri Teuku Faysal Fatani bildirib ki, əsas zəlzələdən sonra 1 500-dən artıq afterşok qeydə alınıb.
Hadisə yerində axtarış-xilasetmə və yardım işləri davam edir, təsirə məruz qalmış ərazilərdə bərpa və qiymətləndirmə tədbirləri görülür.