Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb istiqamətli külək müşahidə olunacaq.

Gecə hava 22-25° isti, gündüz temperatur 29-33° isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunu səviyyəsində olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% civarındadır.

Regionlarda da əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısa müddətli leysan tipli yağışlar və şimşək çaxmaları gözlənilir. Gecə və səhər saatlarında bəzi dağlıq zonalarda arabir duman yaranacağı bildirilir. Şərq küləyi əsməsi gözlənilir.

Rayonlarda gecə temperaturları 19-24° isti, gündüz 32-37° isti olacaq. Dağlarda gecə hava 12-17° isti, gündüz isə 20-25° isti proqnozlaşdırılır.