Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Bakıdakı Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov həbs edilib.
Məhkəmənin qərarı istintaq orqanının təqdimatının təmin olunması əsasında qəbul olunub və Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü (rüşvət alma, küllü miqdarda törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb.