Təmir işləri ilə əlaqədar Bakının iki küçəsində nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Avqustun 18-dən başlayaraq Yasamal rayonunda Zahid Xəlilov küçəsinin Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinə qədər olan hissəsi saat 08:00-dan etibarən bağlanacaq.
Həmçinin avqustun 18-dən Nərimanov rayonunda Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinə qədər olan hissəsində saat 20:00-dan nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Məhdudiyyətlər təmir işləri tamamlanana qədər qüvvədə olacaq. Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.