Bakının mərkəzində yerləşən bir meydana Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib.

Meydan paytaxtın Nəsimi rayonu ərazisində, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsindədir və burada şairin abidəsi yerləşir.

Abidə 2008-ci ildə açılıb; açılış mərasiminə Azərbaycanın Prezidenti İlham Əliyev ilə o dövrdə Ukraynanın prezidenti olan Viktor Yuşenko qatılıblar.

Məqsənin müəllifi ukraynalı heykəltaraş İqor Qreçanikdir. Abidə bürüncdən hazırlanmış və 3,5 metr hündürlüyündədir.