Balakən rayonunda keçirilən əməliyyat zamanı qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə tapılıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən verilən məlumata görə, narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən, əvvəllər analoji əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb.

Əməliyyat zamanı onun yaşadığı ünvanda və rayon ərazisindəki qarğıdalı sahəsində ümumilikdə 185 ədəd çətənə kolu müəyyən edilib. Həmçinin birlikdə 21 kiloqramdan artıq narkotik vasitə götürülüb.

Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə E. Balagözov barəsində həbs qətimkan tədbiri seçilib və istintaq davam etdirilir.