Baş Prokurorluq məhkəmə zalından azad edilmiş Rasim Həsənovun Bakı Hərbi Məhkətinin 18 avqust 2026-cı il tarixli hökmünə apellyasiya protesti verəcəyini elan edib.

Bildirilir ki, Həsənov Rasim Əlövsət oğlu Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaqın nəticələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məhkəməyə göndərilib.

Məhkəmədə dövlət ittihamçısı çıxışında Həsənovun üç il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə on il müddətinə azadlıqdan məhrum olunmasını tələb etmişdir.

Bakı Hərbi Məhkəməsi hökmündə Həsənovun əməllərini Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edərək 7 000 manat məbləğində cərimə təyin edib; həbsdə olduğu müddət nəzərə alınmaqla cərimə 5 000 manata endirilib.

Hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya protestinin verilməsi məsələsi həll olunacaq.