Bloger Lalə Məmmədova, ictimaiyyət arasında “By Ella” adı ilə tanınan şəxs, həbsdən azad olunub.
Onun barəsində iyulun 30-da məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Aparılan istintaq nəticəsində Lalə Məmmədovanın təqsirinin sübuta yetirilmədiyi müəyyən edildiyi üçün işə xitam verilib.
Məhkəmə qərarı əsasında o, avqustun 19-da həbsdən azad edilib və sərbəst buraxılıb.