Bərdə rayonunun Mirzəxan kəndində avqustun 20-si saat 19 radələrində hadisə qeydə alınıb.

1999-cu il təvəllüdlü Türkan Əsədova yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib.

Zəhərlənmə diaqnozu qoyulan qadın təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır və müvafiq ekspertizalar keçirilir.