Berlində avqustun 15-də "Rave The Planet" adlı texnoparad təşkil edilib. Tədbirdə onminlərlə insanın iştirak etdiyi bildirilib.

Şəhərin Yanğınsöndürmə Xidməti məlumat verib ki, parad zamanı ümumilikdə 50 iştirakçı xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya aparılan şəxslər arasında fiziki xəsarət alanlar, həmçinin narkotik və alkoqol istifadəsi ilə əlaqədar vəziyyəti pisləşənlər və yüksək hərarət səbəbindən sağlamlıq problemləri yaşayanlar olub.

Tədbirin tibbi xidmətləri yerində 651 nəfərə yardım göstərib.

"Rave The Planet" Berlinin məşhur "Love Parade" ənənəsini davam etdirən texno tədbirlərindən hesab olunur.